SİYASƏT


İSTİNTAQ YEKUNLAŞMAYINCA BAKIDA KÜTLƏVİ SİYASİ TƏDBİRLƏRƏ İCAZƏ VERİLMƏYƏCƏK

Oktyabrın 15-16-da Müsavat Partiyası başda olmaqla “Bizim Azərbaycan” blokuna daxil olan siyasi qüvvələrin Bakıda törətdikləri ixtişaşlarla əlaqədar başlanmış istintaq yekunlaşmayınca, Bakı şəhərində heç bir kütləvi siyasi tədbirin keçirilməsinə icazə verilməyəcəkdir.

Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hüquq mühafizə orqanları bu məsələ ilə bağlı öz sözlərini deyəndən sonra siyasi partiyaların kütləvi tədbirlər keçirməklə bağlı müraciətlərinə baxılacaqdır. Yalnız bundan sonra şəhər rəhbərliyi fəaliyyətində cinayət tərkibi olmayan siyasi partiyaların kütləvi tədbirlər keçirməsi üçün münasib yerlər ayıracaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.