MƏDƏNİYYƏT
İTALYAN PİANOÇUSU ALBERTO POMERANS BAKIDA SOLO KONSERT VERƏCƏK
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası iyunun 25-də məşhur italyan pianoçusu, professor Alberto Pomeransı solo konsert vermək üçün Bakıya dəvət etmişdir.
Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, Alberto Pomerans Avropanın bir çox ölkələrində nüfuzlu müsabiqələrin qalibi olmuş, Spoleto (İtaliya) və Melburnda (Avstraliya) pianoçuların Beynəlxalq Müsabiqələrinin laureatı adına layiq görülmüşdür. Məşhur pianoçu dünyanın 17 ölkəsində böyük müvəffəqiyyətlə qastrol səfərlərində olmuşdur.
Alberto Pomerans hazırda fəal konsert fəaliyyəti ilə yanaşı, həm də Roma Konservatoriyasında dərs deyir. İtalyan pianoçusu musiqi axşamında İ.Brams, M.Ravel və F.Şopenin əsərlərini ifa edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [18:50]
Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO
- 10.05.2024 [15:53]
Bakıda “Cadı” türk filminin qala gecəsi olub
- 10.05.2024 [15:08]
Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!
- 10.05.2024 [12:44]