ELM VƏ TƏHSİL


I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat aparılır

Bakı, 28 iyun, AZƏRTAC

I və IV ixtisas qrupları üzrə imtahanlarda iştirak etmək istəyənlər iyulun 4-ü saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər. İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iyunun 28-i saat 09:45-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə 14 min 973, IV ixtisas qrupu üzrə isə 2 min 988 abituriyent ərizəsini təsdiq edib.

Abituriyentlər “Şəxsi kabinet”inin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link (https://eservices.dim.gov.az/erizebak/cehd2/) vasitəsilə imtahana yazıla bilərlər. Aşağıda qeyd edilən kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə imtahan vermək istəyənlərin qeydiyyatı 21 iyunda başa çatıb və II ixtisas qrupu üzrə 12 min 806, III ixtisas qrupu üzrə 16 min 651 abituriyent ərizə təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.