DÜNYA


İbtidai insanların Afrika qitəsindən ayrılmasının tarixi dəyişdi

Bakı, 18 iyul, AZƏRTAC

Britaniya və Çin arxeoloqları tərəfindən aparılan tədqiqatların yekunu sübut edib ki, ibtidai insanlar Afrika qitəsindən əvvəllər güman edildiyi kimi 1,85 milyon il deyil, 2,12 milyon il əvvəl ayrılıblar.

AZƏRTAC “Newhistorian.com” saytına istinadla xəbər verir ki, arxeoloqların Çinin Şanqçen əyalətində aşkar etdikləri artefaktlar və insan skeletləri ibtidai insanların başqa qitələrə yayılması tarixini yenidən yazmağa imkan verib. Britaniya və Çin alimləri arxeoloji tapıntıları öyrəndikdən sonra belə qənaətə gəliblər ki, onlar 2,1 milyon il əvvəl yaşamış homosapienslərə aiddir.

Çin Elmlər Akademiyasının professoru Çoyu Çu və Ekseter Universitetinin professoru Robin Dennell arxeoloji qazıntıların yekunlarına dair keçirdikləri mətbuat konfransında bəyan ediblər ki, tapılmış 96 artefakt afrikalı ibtidai insanların Şərqi Asiyada 2 milyon il əvvəl məskunlaşdıqlarını göstərir.

Bu yeni kəşfdən əvvəl Gürcüstanın Dmanisi rayonunda tapılmış skelet qalıqları və daş alətlərin tədqiqi əsasında ibtidai insanların Afrikadan köçünün tarixinin 1,85 milyon il əvvəl olduğu müəyyən edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.