İQTİSADİYYAT
İcbari Sığorta Bürosuna məxsus 2 ədəd avtomobil hərrac yolu ilə satışa çıxarılacaq
Bakı, 29 iyul, AZƏRTAC
İcbari Sığorta Bürosuna məxsus 2 ədəd avtomobil hərrac yolu ilə satışa çıxarılacaq.
İSB-dən AZƏRTAC-a bildirilib ki, əmlakların satışı ilə bağlı hərrac avqustun 5-də saat 11:00-da keçiriləcək.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
S/N |
Model |
Marka |
Buraxılış ili |
Dövlət nömrə nişanı |
Rəng
|
İlkin satış qiyməti (AZN-lə) |
1 |
“Honda Accord” |
Sedan |
2011 |
10 PX 806 |
Qara |
16.000 (on altı min) |
2 |
“Volkswagen T-5” |
Multivan (6+1) |
2012 |
90 AN 806 |
Qara |
42.000 (qırx iki min) |
Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC” tərəfindən Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək. Hərracda iştirak üçün ilkin satış qiymətinin 10 faizi, yəni “Honda Accord” minik markalı avtomobili üzrə 1600 manat məbləğində, “Volkswagen T-5” minik markalı avtomobili üzrə 4200 manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 iş günü qalanadək hərrac sifarişçisinin hesabına köçürülməlidir. Hərracda iştirak haqqı ilkin satış qiymətinin 2 faizi, yəni “Honda Accord” minik markalı avtomobili üzrə 350 manat məbləğində, “Volkswagen T-5” minik markalı avtomobili üzrə 500 manat məbləğində ödənilməlidir. İştirak haqqı hərracın təyin edildiyi tarixə 1 iş günü qalanadək hərrac təşkilatçısının hesabına ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür: