CƏMİYYƏT


İçərişəhərdə “QadınTalks” layihəsi çərçivəsində görüş

Bakı, 14 mart, AZƏRTAC

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin dəstəyi ilə “QadınTalks” layihəsi çərçivəsində görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi öz sahələrində fərqlənən qadınlarla gənclər arasında təcrübə mübadiləsinə şərait yaratmaq və gəncləri maraqlandıran suallara cavab tapmaqdır.

Görüşdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə müxtəlif sahələrdə uğur qazanmış xanımlar, İçərişəhər və Qala Qoruğunda yaşayan sakinlər və gənclər iştirak ediblər.

Tədbirin əvvəlində qonaqlar üçün Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzinə ekskursiya təşkil olunub və Mərkəz haqqında qısa film nümayiş etdirilib.

Tədbirdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin rəhbəri Anna İbrahimbəyova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Sonra panel müzakirəsi başlayıb, qadınların cəmiyyətdə rolu və digər mövzularda müzakirə aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.