ELM VƏ TƏHSİL
İctimai Elmlər üzrə Problem Şurasının iclasında dissertasiya mövzuları ilə bağlı qərarlar qəbul olunub
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının İctimai Elmlər üzrə Problem Şurasının növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda problem şurasının sədri akademik Nərgiz Axundova gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Sonra Nərgiz Axundova elmlər və fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş 94 dissertasiya mövzusunu təqdim edib. 38 işin adında elmi və texniki redaktələr aparılıb, bir neçə dissertasiya işinin adı elmi tələblərə cavab vermədiyindən yenidən baxılması üçün müvafiq elmi şuralara qaytarılması tövsiyə edilib.
Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub. Onlayn iclasda Problem şurasının üzvləri, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.