CƏMİYYƏT
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün ikinci "İnkişaf təlimləri" start götürüb
Bakı, 17 may, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəliklərində fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün ikinci “İnkişaf təlimləri” start götürüb. GİKM-in baş direktoru Ramtiq Alızadə və Regionların İnkişaf Departamentinin direktoru Rəsul Həşimov açılış nitqi ilə çıxış edərək, əməkdaşlara uğurlar arzulayıblar.
Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dörd gün davam edəcək təlimlərin ilk günü "İctimaiyyətlə əlaqələr" mövzusuna həsr edilib və GİKM-in Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Könül İsmayılzadə tərəfindən region əməkdaşlarına "İctimaiyyətlə əlaqələr, növləri", "PR-ın reklamdan fərqi", "PR-ın qurulmasında prioritet amillər", "Press-reliz, növləri" və s. haqqında məlumat verilib.
Təlim fərqli enercayzerlər və fərdi işlərlə davam edib.
Fərdi işlərdə digər əməkdaşlardan fərqləndiyinə və “günün fəal əməkdaşı” seçildiyinə görə Lənkəran nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Tural Kərimova hədiyyə təqdim edilib.