İDMAN


İdman jurnalistləri arasında ilk onlayn şahmat turniri keçiriləcək

Bakı, 30 aprel, AZƏRTAC

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və “Etopaz”ın baş sponsorluğu ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş idman jurnalistləri arasında ilk onlayn şahmat turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının iştirakı ilə baş tutacaq yarışa “İdman TV”, “Oxu.az”, “Estafet.az”, “Media.az” və “inSportPress” informasiya dəstəyi, “Chess.az” isə texniki dəstək verəcək.

Mayın 2-də saat 12.00-da start götürəcək yarışda iştirak etmək istəyən idman jurnalistləri turnirin direktoru, AİJA-nın vitse-prezidenti Anar Şabanoğluya [email protected] elektron ünvanı vasitəsilə mayın 1-i saat 12.00-dək müraciət edə bilərlər.

Mükafatçıların təltifetmə mərasimi mayın 4-də Azərbaycan Nəşriyyatında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.