İQTİSADİYYAT


İki kənddə 210 fərdi yaşayış evinə təbii qaz verilib

Bakı, 12 noyabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi respublikanın yaşayış məntəqələrinə istehlakçıların təbii qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində 2020-ci ildə də genişmiqyaslı işləri davam etdirir.

Birlikdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə cari həftə ərzində Daşkəsən rayonunun Aşağı Daşkəsən və Yevlax rayonunun Bəydilli kəndlərinə təbii qaz verilişi təmin olunub. 92 abonenti olan Aşağı Daşkəsən kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6613 metr, 118 abonenti olan Bəydilli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 8863 metr müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.