İDMAN
İki oyun üçün Azərbaycan millisi komandasının heyəti açıqlanıb
Bakı, 17 noyabr, AZƏRTAC
Dünya çempionatının seçmə mərhələsində noyabrın 25-də “Dalğa Arena”da Rusiya, noyabrın 30-da isə Monteneqro millisi ilə qarşılaşacaq, qeyd olunan oyunlara hazırlıq məqsədilə noyabrın 18-də təlim-məşq toplanışına başlayacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, heyətdə Aytac Şərifova (“Hakkarigücü”, Türkiyə), Günay İsmayılova (8 – İOEUGİM), Nərgiz Əliyeva (“KDZ Ereğli Bələdiyyə Spor”, Türkiyə), Nigar Mirzəliyeva (“Rubin”, Rusiya), Kamilla Məmmədova (“Rubin”, Rusiya), Nərgiz Hacıyeva (“Hakkarigücü”, Türkiyə), Manə Mollayeva (8 – İOEUGİM), Alina Dorofeyeva (“Yenisey”, Rusiya), Ayşən Əhmədova (“Çaykur Rizespor”, Türkiyə), Jalə Məhsimova (“ALG Spor”, Türkiyə), Kristina Bakarandze (“ALG Spor”, Türkiyə), Aysun Əliyeva (“Çaykur Rizespor”, Türkiyə), Sona Rəhimova (“Yukatel Kayserispor”, Türkiyə), Coşqunə
Əliyeva (“KDZ Ereğli Bələdiyyə Spor”, Türkiyə), Vüsalə Hacıyeva (“Fomget ve Genclik Spor”, Türkiyə), Vüsalə Seyfəddinova (“Rubin”, Rusiya), Milana Rəhimova (8 – İOEUGİM), Diana Məmmədova (“Yenisey”, Rusiya), Yeliz Acar (“Fatih Vətən”, Türkiyə), Peritan Bozdag (“Altay Kadın Futbol Takımı”, Türkiyə), Bilge Su Koyun (“Fatih Vətən”, Türkiyə), Sevinc Cəfərzadə (“Krasnodar”, Rusiya) və Nazlıcan Parlak (“Konak Bələdiyyə Spor”, Türkiyə) yer alıblar.