ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutu “Vətənimin şairləri – şairlər Vətəni” müsabiqəsinə start verir

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu “Vətənimin şairləri – şairlər Vətəni” müsabiqəsinə start verir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqə tələbələrin dünyagörüşünün artırılması, maarifləndirilməsi, onların mütaliə vərdişlərinin və nitq qabiliyyətlərinin formalaşdırılması, həmçinin gənclərdə yüksək mənəvi keyfiyyətlər və vətənpərvərlik duyğularının aşılanması məqsədilə təşkil olunur.

Azərbaycan ədəbiyyatı tarixində iz qoyan tanınmış şairlərin həyat və yaradıcılığına dair sualların yer alacağı müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq.

Müsabiqəyə qatılmaq istəyən tələbələr iyulun 17-dək ad, soyad, ata adı, tədris ili və qrup nömrələrini [email protected][email protected] elektron poçt ünvanlarına, yaxud (+99455) 200 21 03, (+99455) 529 93 80 “WhatsApp” nömrələrinə göndərməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.