SİYASƏT


İlham Əliyev: Prezident kimi mənim üçün ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir

Bakı, 23 yanvar, AZƏRTAC

Mənim üçün, bir Prezident kimi, ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Çinin CGTN televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “Xarici siyasətin və mühitin bizə təsir göstərməsi baxımından düşünürəm ki, bu gün malik olduğumuz yetərlidir. Siz hər zaman daha yaxşı hal üzərində fikirləşə bilərsiniz. Hər zaman, hesab edə bilərsiniz ki, beynəlxalq vəziyyət sizin üçün daha üstün ola bilər, lakin buna nail olmaq üçün siz, həmçinin ürəkdən çalışmalısınız. Əgər siz oturub gözləsəniz, bu, heç zaman baş verməyəcək. Hazırda fikirləşirəm ki, ətrafımızda formalaşan beynəlxalq vəziyyət pisləşməsin. Bu, məni narahat edir. Əgər o, yaxşılaşarsa və biz onu daha da yaxşılaşdırsaq, töhfə versək, lap yaxşı. Lakin əgər bu, baş verməsə, onda bu gün olduğumuz vəziyyətdə qalsaq yaxşıdır, çünki Azərbaycan üçün bu günün beynəlxalq mühiti, fikrimcə, ən münasibdir və ən yaxşısıdır. O, bizə daxili məsələlərə, hələ də mövcud olan daxili problemlərə, onların dinc şəkildə həllinə diqqəti yönəltməyə imkan verir. Sizin müxtəlif ölkələrlə çətinlikləriniz, anlaşılmazlıq, toqquşmalar, qarşıdurmalar olanda, bu, sizin diqqətinizi başqa istiqamətə çəkir və sizə daxili məsələlərinizlə daha çox məşğul olmağa imkan vermir. Mənim üçün, bir Prezident kimi, ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir. Xarici siyasətimiz onun qoruyucusudur, ona zəmanət yaradır. Bu günə qədər siyasətimiz uğurlu olub. Lakin gələcəkdə nə baş verəcəyini gələcəyin özü göstərəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.