İQTİSADİYYAT


İlin sonunadək Azərbaycanda tikinti icazələri üçün “Bir Pəncərə” elektron sisteminin tətbiqi planlaşdırılır

Bakı, 30 avqust, AZƏRTAC

“Bir pəncərə” elektron sistemi tikintiyə və istismara icazə verilməsi üçün yaradılıb. Sistemə elektron şəkildə müraciət olunur, tikinti layihəsi, o cümlədən torpaq üzrə mülkiyyət sənədləri göndərilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud KİV-lərə müsahibəsində deyib.

R.Mahmud qeyd edib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Özünə Xidmət Mərkəzində sənədlərə baxılır və aidiyyəti qurumlara rəy və təkliflərin alınması üçün göndərilir. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində müsbət və ya imtina cavabı verilir.

“Hazırda bu xidmət yalnız bəzi tikinti obyektləri üçün istifadə olunur. Digər tikinti obyektləri üçün də qısa müddət ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda xidmətin respublika üzrə bütün bölgələrdə istifadəyə verilməsi məqsədilə tədbirlər görülür”, -deyə Komitə rəsmisi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.