İDMAN


İlqar Aslanov: Fransa millisi ilə oyun bizim üçün çətin keçdi

İlqar Aslanov: Fransa millisi ilə oyun bizim üçün çətin keçdi

Bakı, 23 mart, AZƏRTAC

Turnirdə ilk oyunumuzu keçirdik. Rəqibimiz daha təcrübəli Fransa yığması idi. Bizim heyət üzvləri ilk dəfə idi beynəlxalq oyunda iştirak edirdilər. Düzdür, komanda sentyabrdan Yüksək Liqada iştirak etməklə müəyyən təcrübə əldə edib. Amma beynəlxalq oyunlar fərqli keçir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa çempionatının əsas mərhələsi çərçivəsində Fransa yığması ilə qarşılaşan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi İlqar Aslanov matçda sonra deyib.

Mütəxəssis bildirib ki, Fransa millisi ilə oyun bizim üçün çətin keçdi. Yenə deyirəm, rəqibimiz bu cür bir neçə oyunda iştirak etdiyindən, daha təcrübəli hesab olunurdu. Razı qaldığım məqam - uşaqların heç nədən çəkinmədən sona qədər mübarizə aparması idi. Ustalıq səviyyəsində onlardan geri qalsaq da, oyunçularımız əzmkarlıq hesabına nəsə etməyə çalışırdı. Qarşıda daha iki oyunumuz var. Əlbəttə, çalışacağıq ki, xal və ya xallar qazanaq.

Qeyd edək ki, Fransa – Azərbaycan matçı rəqib komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.