CƏMİYYƏT
İmişlidə keçmiş məhkumlar avtomobildən oğurluq ediblər
Bakı, 15 may, AZƏRTAC
İmişlidə oğurluqla məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 11-də İmişli rayonu ərazisində “Mercedes” markalı avtomobildən 250 manat pul, 250 manat dəyərində videoqeydiyyat qurğusu, 25 manat dəyərində mikrokart və 90 manat dəyərində 3 ədəd fləşkart oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Məhəmmədli kənd sakini S.Bəyalıyev və Lənkəran rayon sakini S.Cəfərov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]