REGİONLAR
İmran Cümşüdov: Müasir texnologiyanın tətbiqi fermerlərə yaxşı gəlir əldə etməyə imkan verir
Ucar, 11 oktyabr, Adil Ağayev, AZƏRTAC
Bu gün Ucarda Çin texnologiyası əsasında becərilmiş pambıq sahəsində texnika ilə yığıma start verildi. Yığım indiyədək əl ilə aparılırdı və bu günədək hektardan 6 tondan çox məhsul götürülüb. Bu yeni texnologiya ilə məhsuldarlığı 10 dəfədən də çox artırmaq mümkündür.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyib.
O bildirib ki, Ucar rayonunun torpaqları münbitliyi zəif olan torpaqlar qrupuna aiddir: “Ona görə də yeni texnologiyanın üstünlüklərini nümayiş etdirmək üçün bu rayonu seçdik. Fermerlər əyani olaraq bu cür torpaqlarda elmi və müasir yanaşma nəticəsində yüksək məhsul əldə etməyin mümkün olduğunu görürlər. Müasir texnologiyanı tətbiq etməklə onlar öz əkin sahələrindən yüksək məhsul götürə və yaxşı gəlir qazana bilərlər”.