İQTİSADİYYAT


İndiyədək AÇG və “Şahdəniz”dən 549 milyon tondan çox neft-kondensat ixraca göndərilib

Bakı, 19 noyabr, AZƏRTAC

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən bu il noyabrın 1-dək ümumilikdə 549,7 milyon ton neft (kondensatla birlikdə) hasil olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, AÇG-dən 520,1 milyon ton xam neft, “Şahdəniz”dən isə 29,6 milyon ton kondensat çıxarılıb.

AÇG və “Şahdəniz” yataqları istismara veriləndən cari il noyabrın 1-dək 549,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.