DÜNYA


İndoneziyada qəzaya uğrayan “Boeing”in sürət göstəricisi nasaz olub

Bakı, 5 noyabr, AZƏRTAC

İndoneziyanın “Lion Air” aviakompaniyasının qəzaya uğrayan “Boeing 737” təyyarəsinin sürət göstəricisində nasazlıq aşkarlanıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarənin həm qəza ilə nəticələnən, həm də əvvəlki uçuşları zamanı sürət göstəricisi düzgün işləməyib. İndoneziyanın nəqliyyatda təhlükəsizlik komitəsinin məlumatına əsasən, sürət göstəricisinin nasazlığı “qara qutu”nun oxunması zamanı müəyyənləşib. Komitə rəhbərinin sözlərinə görə, beləliklə, pilotlarda sürət və yüksəklik barədə məlumatlar yanlış olub.

Bununla yanaşı, qəzanın səbəbləri barədə rəsmi nəticə hələlik elan edilməyib.

Xatırladaq ki, oktyabrın 29-da Cakartadan Sumatra adasına uçan “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsi havaya qalxdıqdan bir qədər sonra Yava adasının qərbində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 181 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.