ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahanda kompüter elmləri ixtisası üzrə İlhamə Ələsgərova, informasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi ixtisası üzrə Orxan Vəlixanlı iştirak ediblər.
Xatırladaq ki, institutda müvafiq imtahanın keçirilməsi üçün komissiya yaradılıb. Komissiyasının sədri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, komissiya üzvləri isə institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, elmi katib Mədinə Səidova, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, şöbə müdirləri, dosentlər Yadigar İmamverdiyev və Fərhad Yusifovdur.