ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin məqaləsi nüfuzlu “Radio Electronics, Computer Science, Control” jurnalında çap olunub. Ukrayna Zaparojye Milli Texniki Universitetinin nəşriyyatı tərəfindən nəşr olunan bu jurnal “Web of Science”, “DOAJ”, “CrossRef”, “EBSCO”, “РИНЦ”, “Google Scholar” və “Ulrich’s Periodicals Directory” bazasında indeksləşir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi “Böyük verilənlər (big data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” qrant layihəsi çərçivəsində yazılıb.

Məqalənin müəllifləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostatdır.

Məqalədə klassifikatorların ansamblı əsasında DDoS ((Distributed Denial of Service) hücumların aşkarlanması üçün yeni metod təklif edilir. Təklif olunan yanaşmanın xüsusiyyəti ondan ibarətdir ki, verilənlər bazasından olan hər bir nöqtə üçün proqnoz verilən sinif nişanı verilmiş nöqtə üçün klassifikasiya metodlarından əldə olunmuş bütün qiymətlərin arasından maksimum qiymətə uyğun gəlir. Eksperimentlər NSL-KDD verilənlər bazası üzərində aparılıb. Eksperimentlərin aparılması zamanı baxılan ansambl DDoS hücumların aşkarlanmasında yüksək dəqiqlik göstərib. Beş klassifikatordan ibarət ansambl isə daha dəqiq nəticə göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.