CƏMİYYƏT


“İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” peşəsi üzrə kursa qəbul başlayıb

Bakı, 29 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi "4MAPS ACADEMY" MMC ilə əməkdaşlığa başlayır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin əməkdaşlığın nəticəsi olaraq “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” peşəsi üzrə hazırlıq kursu təşkil ediləcək və uyğun namizədlər işlə təmin olunacaqlar.

İnformasiya sistemləri üzrə peşə hazırlığına cəlb olunacaq şəxslərə Türkiyənin peşəkar müəllim-pedaqoji heyəti tərəfindən coğrafiya informasiya sistemlərinin (GİS) əsas tətbiqləri, 3D xəritəçəkmə, şəhərsalmada GİS və s. haqqında ətraflı məlumat veriləcək. 3 aylıq kurs müddətində dərslər onlayn formada həftədə iki dəfə 3 saat ərzində tədris olunacaq. Kursa minimum orta təhsilli, 20-30 yaş həddində işsiz vətəndaşlar müraciət edə bilərlər.

Peşə hazırlığı kurslarını müvəffəqiyyətlə bitirən və işəgötürənin tələblərinə cavab verən şəxslər “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisi olan ”4MAPS Bilgi Teknolojileri” MMC-də işlə təmin olunacaq.

“İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” üzrə peşə hazırlığı kurslarına müraciət etmək istəyənlər avqustun 20-dək şəxsiyyəti təsdiq edən sənədlə Bakı (Yasamal rayonu, Məhəmməd Xiyabani, 9) və Abşeron-Xızı Regional Məşğulluq filialına (Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 64) yaxınlaşa bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.