ELM VƏ TƏHSİL


İngilis dili fənni üzrə çətin sualların izahı ilə bağlı vebinar təşkil olunacaq

Bakı, 24 noyabr, AZƏRTAC

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti vebinar noyabrın 25-də “MİQ imtahanını əhatə edən müəyyən çətinlikli sualların izahı” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Masazır kənd 4 saylı tam orta məktəbin direktor əvəzi və ingilis dili müəllimi Elşən Qurbanov çıxış edəcək.

Elşən Qurbanov orta məktəb kurikulumunu əhatə edən 10-dan çox kitabın müəllifidir. İngilis dilinin öyrənilməsi və öyrədilməsi mövzusunda Azərbaycan və Türkiyədə müxtəlif konfrans, təlim və seminarlarda iştirak edib.

Tədbirin keçirilməsində məqsəd MİQ imtahanlarında ingilis dili fənni üzrə iştirak edəcək namizədlərə dəstək göstərməkdir.

Vebinar Təhsil İnstitutunun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.