DÜNYA


İngiltərənin Blenheym sarayında gizli otaqlar tapılıb

London, 1 noyabr, AZƏRTAC

Oksfordşirdə yerləşən Blenheym sarayında tədqiqat zamanı gizli otaqlar tapılıb. XVIII əsrdə saray ətrafında göllər yaradılarkən aşağı mərtəbələr suyun altında qalıb.

AZƏRTAC xəbər verir ki, otaqlar saraydakı körpünün təmiri üçün göl qurudularkən aşkarlanıb. Məlum olub ki, 30-dan çox otaq suyun altında qalıb.

Qeyd edək ki, 1705-1724-cü illərdə memar Con Vanbruh tərəfindən inşa edilmiş sarayın bu gizli otaqlarının istifadə olunub-olunmadığı haqqında heç bir dəlil yoxdur.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.