DÜNYA
İnsan alverçilərinin Cibuti sahillərində dənizə atdıqları 20 nəfər boğularaq ölüb
Qahirə, 4 mart, AZƏRTAC
Cibutinin Obok şəhəri sahillərində qanunsuz miqrantları Yəmən sahillərinə daşıyan qayıqdan dənizə atılan 20 nəfər boğularaq ölüb.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Beynəlxalq Miqrasiya Təşkilatının Afrika və Sahil regionu üzrə nümayəndəsi Məhəmməd Abdiker jurnalistlərə müsahibəsində verib.
Təşkilatın nümayəndəsi bildirib ki, Yəmən vasitəsilə Afrika ölkələrindən Körfəz ölkələrinə yollanan 80 qanunsuz miqrant insan alverçiləri tərəfindən dənizə atılıb. Onlardan 20-sinin cəsədləri çıxarılıb. Bu, son altı ayda Afrika sahillərində baş verən üçüncü faciədir. Ümumilikdə 70 nəfər insan alverçilərinin qurbanı olub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]