DÜNYA


“Instagram” 1 saatlıq çarxlar yerləşdirməyə imkan verəcək

Bakı, 6 iyun, AZƏRTAC

“Instagram” sosial şəbəkəsi öz istifadəçilərinə 1 saatlıq çarxlar yükləməyə imkan verəcək.

AZƏRTAC xəbər verir ki, sosial şəbəkənin yaydığı məlumata görə, yenilik şaquli çarxlarla bağlıdır. Amma şirkətin planları dəyişə bilər. Son bir neçə həftə ərzində “Instagram” naşir və məzmunun yaradıcıları ilə keçirdiyi bir sıra görüşlərdə öz platforması üçün uzunmüddətli video formatını müzakirə edib.

İndi “Instagram”da yerləşdirilə bilən çarxların uzunluğu 1 dəqiqə ilə məhdudlaşdırılıb. “Stories” xidməti 15 saniyəlik bir neçə çarxın ardıcıl dərcinə imkan verir. 2016-cı ilin avqustunda istifadəyə verilmiş “Stories” xidmətindən indi hər gün 300 milyondan çox istifadəçi yararlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.