İDMAN


“İnter” tarixində altıncı dəfə İtaliya Superkubokunun qalibi olub VİDEO

Bakı, 13 yanvar, AZƏRTAC

Yanvarın 12-də futbol üzrə İtaliya Super kubokunun qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, həlledici görüşdə “İnter” və “Yuventus” komandaları üz-üzə gəlib. “San-Siro” stadionunda keçirilən görüşdə “İnter” klubu 2:1 hesablı qələbə qazanıb.

“Nerradzurri”nin heyətində Lautaro Martines (35), Aleksis Sançes (120), “qoca sinyora”da isə Veston Makkenni (25) fərqləniblər.

Bu qələbə sayəsində “İnter” tarixində altıncı dəfə İtaliya Superkubokun qalibi olub.

Əvvəlcə Səudiyyə Ərəbistanında müqavilə əsasında planlaşdırılan görüş daha sonra kütləvi koronavirus yoluxması səbəbindən ləğv edilib. Oyun keçirilməsi uzun müddət qeyri-müəyyən qalmışdı. Nəhayət ötən həftə İtaliya Səhiyyə Nazirliyi bu oyunun baş tutmasına razılıq verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.