CƏMİYYƏT


İnzibati binalarda yanğın zamanı davranış qaydaları barədə məlumat verilib

Bakı, 4 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin ictimai obyektlərə nəzarət sektoru sentyabrın 4-də Bakıdakı “Continental” otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Bakı şəhər 99 saylı tam orta məktəbdə, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallıdakı Heydər Əliyev Mərkəzində və Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qusar Rayon Telekommunikasiya Qovşağı və Xaçmaz Şəhər Dəmiryolu Ambulatoriyasında, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Füzuli Rayon Arxiv İdarəsində və Beyləqan rayonundakı Xocavənd Mərkəzi Xəstəxanasında, Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayonundakı “P-Aqro” MMC-də və Biləsuvar Pambıqtəmizləmə Zavodunda, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göyçaydakı Heydər Əliyev Muzeyi və Ucar rayonundakı tikinti-quraşdırma işləri aparan “Körpü-Bina-Tikinti” MMC-də yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Meşələrdə yanğın təhlükəsizliyi”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, eləcə də həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Həmçinin ərazinin daim təmiz saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi vurğulanıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.