DÜNYA


İordaniyada naməlum şəxs avtobusa atəş açıb

Qahirə, 24 avqust, AZƏRTAC

Avqustun 24-də İordaniyanın cənubunda, turistlər arasında populyar olan Petra şəhərində avtobus naməlum şəxs tərəfindən atəşə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Petra” agentliyi İordaniya Təhlükəsizlik İdarəsinin rəsmi nümayəndəsinə istinadla yayıb. Məlumatda deyilir ki, insident nəticəsində heç kəs zərər çəkməyib. Mənbənin sözlərinə görə, avtobus Petra rayon bələdiyyəsinə məxsusdur.

Hazırda araşdırma aparılır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.