İQTİSADİYYAT


İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb

Bakı, 8 aprel, AZƏRTAC

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb.

Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2027008682, AZ2029008680, AZ2028008681, AZ2030008687 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.

BFB-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, aprelin 5-də AZ2027008682, AZ2029008680, AZ2028008681, AZ2030008687 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, aprelin 3-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 770.18 manat təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 770.18 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2027008682, AZ2029008680, AZ2028008681, AZ2030008687 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 770.18 manat olması nəzərə alınmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.