İQTİSADİYYAT


İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb

Bakı, 2 iyun, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.

Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, mayın 31-də AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, mayın 26-dan etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 808.18 AZN təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 808.18 AZN məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 808.18 AZN olması nəzərə alınmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.