İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Dünya Bankı arasında görüş keçirilib
Bakı, 16 may, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Dünya Bankının Özəl sektor üzrə baş mütəxəssisi İfeyinva Onugha və Baş maliyyə və özəl sektor üzrə mütəxəssisi Ramil Məhərrəmov ilə görüşüb.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, tərəflər arasında “EnterpriseAzerbaijan.com” portalının gələcək inkişafı, Azərbaycanda “İnnovasiya və Startap Ekosistemi”nin qurulması və inkişafı üçün Dünya Bankının dəstəyi, beynəlxalq yarışların təşkili, investisiyaların təşviqi və korporativ innovasiya proqramlarının idarə edilməsi ilə bağlı xüsusi “İnkişaf Proqramı”nın hazırlanması üçün innovasiya siyasətinin nəzərdən keçirilməsi kimi məsələlər müzakirə olunub.
Görüşdə, həmçinin Dünya Bankı və “EnterpriseAzerbaijan.com” portalı arasında əməkdaşlığın davamlı olması üçün gələcək perspektivlər diqqətə alınıb.