Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyində Beynəlxalq Humanitar Forumun iştirakçıları ilə görüşlər keçirilib

Bakı, 27 oktyabr, AZƏRTAC

İqtisadiyyat naziri Şahin Mustafayev VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü xanım Qabriela Baron ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Şahin Mustafayev Azərbaycan-Meksika əlaqələrinın qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Diqqətə çatdırıb ki, 2008-ci ildə Azərbaycanın Meksikada, 2014-cü ildə isə Meksikanın ölkəmizdə səfirlikləri açılıb. Hər iki ölkənin parlamentlərində qarşılıqlı əməkdaşlıq üzrə parlamentlərarası işçi qrupları fəaliyyət göstərir. 2012-ci ildə Meksika Senatının qərarı ilə Meksika Xocalı soyqırımını tanıyıb. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi imkanlarından danışan Şahin Mustafayev iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm müqavilə-hüquq bazasının yaradılması istiqamətində işlər aparıldığını qeyd edib, Azərbaycan və Meksika arasında sənaye, ticarət, investisiya, turizm, humanitar sahələrində əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırıb. Meksika şirkətləri, həmçinin Azərbaycanda yaradılmış sənaye parklarında və sənaye məhəllələrində, aqroparklarda iştirak edə, birgə müəssisələr yarada bilərlər. Azərbaycan və Meksika iş adamları arasında, xüsusilə kiçik və orta sahibkarlıq sahəsində əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımından sərgilərin, biznes forumların, yarmarkaların keçirilməsinin, ticarət evlərinin yaradılmasının önəmini qeyd edən iqtisadiyyat naziri Meksika şirkətlərini Azərbaycanda həyata keçirilən investisiya layihələrində fəal iştiraka dəvət edib.

Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü xanım Qabriela Baron Meksika və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün mövcud potensialdan istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayıb, Azərbaycana ticarət missiyasının təşkil olunmasını təklif edib.

Görüşdə Azərbaycan və Meksika arasında iqtisadi əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

x   x   x

Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə də nazir Şahin Mustafayev 2009-cu ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalandığını qeyd edib, əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə indiyədək 12 sənəd imzalanıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında memoranduma əsasən Azərbaycan-Sloveniya Birgə İşçi Qrupu yaradılıb. Nazir Şahin Mustafayev 2014-cü ilin dekabrında Sloveniya Parlamenti Milli Şurası tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edən sənədin və 2016-cı ilin yanvar ayında Xocalı soyqırımı ilə bağlı sənədin qəbul edildiyini vurğulayıb və Sloveniya tərəfinə minnətdarlıq edib. Azərbaycan və Sloveniya arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, rabitə, xidmət, ticarət və s. sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Azərbaycanda 10 Sloveniya şirkəti fəaliyyət göstərir. 

Ölkələrimiz arasında energetika, sənaye, kənd təsərrüfatı, əczaçılıq, turizm, humanitar və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Vurğulanıb ki, Sloveniya şirkətləri Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya yatıra, Azərbaycanın tranzit imkanlarından yararlana bilərlər. Bununla yanaşı, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin imkanlarından istifadə oluna bilər. Nazir Şahin Mustafayev Sloveniya nümayəndə heyətinin Azərbaycana səfərinin də əlaqələrin inkişafına müsbət töhfə verəcəyinə əminliyini bildirib. Sloveniya Milli Şurasının sədri Aloyz Kovşka ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, Sloveniya şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

x   x   x

BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya regionları ilə humanitar tərəfdaşlıqlar üzrə müavini Rəşid Xalikovla görüşdə iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizin BMT ilə əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycanın BMT-nin bir çox təşəbbüs və proqramlarına qoşulduğunu, BMT-nin bir sıra proqram və ixtisaslaşmış qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirildiyini qeyd edib, Minilliyin İnkişaf Məqsədlərinə, həmçinin Davamlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülən işləri diqqətə çatdırıb. Ölkəmizin BMT-nin fəal üzvlərindən olduğunu vurğulayan Rəşid Xalikov Azərbaycanın qısa müddətdə iqtisadi və sosial sahələrdə böyük uğurlar qazandığını, Azərbaycanın beynəlxalq miqyasda humanitar yardım göstərən ölkəyə çevrildiyini qeyd edib. 

Rəşid Xalikov Azərbaycanın davamlı inkişafının humanitar sahədə mövqelərinin daha da möhkəmlənməsinə etibarlı zəmin yaratdığını, VI Bakı Beynəlxalq Humanitar Forumunun əlaqələrin genişləndirilməsində əhəmiyyətli platforma olduğunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO