İQTİSADİYYAT


İqtisadiyyat Nazirliyində Danimarka şirkəti ilə müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyində Danimarka şirkəti ilə müzakirələr aparılıb

Bakı, 22 iyun, AZƏRTAC

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Vestas Northern & Central Europe” şirkətinin MDB, Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə kommersiya direktoru İqor Nus ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin əlverişli işgüzar mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verilib, təbii ehtiyatların idarə edilməsi və səmərəli istifadəsi, alternativ və bərpaolunan enerji sahələrində tərəfdaşlığın daha da genişləndirilməsi imkanları diqqətə çatdırılıb.

Tərəflər Azərbaycanda külək enerjisi sahəsində mövcud potensialdan səmərəli istifadə və investisiya imkanları, külək turbinləri komponentlərinin istehsalının təşkili barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Danimarkanın “Vestas” şirkəti indiyədək dünyanın 85 ölkəsində külək enerjisi, alternativ və bərpaolunan enerji, davamlı enerji həllərinin inkişafı və tətbiqi sahəsində layihələr icra edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.