İQTİSADİYYAT


İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Bakı, 23 noyabr, AZƏRTAC

“Yüksəliş” müsabiqəsinin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq etməklə, təcrübə keçir. Hazırda mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir. İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibi Ziya Mürsəlzadə ilə mentorluq proqramına başlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri ölkədə istedadlı kadr ehtiyatı bankının yaradılması, intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan gələcək rəhbər şəxslərin müəyyən edilməsi və dəstəklənməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, idarəçi rəhbərlərlə qaliblər arasında keçirilən mentorluq proqramı qaliblərin mövcud potensialının inkişafına, peşəkarlıq vərdişlərinin, bilik və bacarıqlarının artırılmasına xidmət edir. Nazir proqram çərçivəsində gediləcək birgə yolun, əldə ediləcək nəticələrin qarşılıqlı faydalı olacağına əminliyini diqqətə çatdırıb.

Ziya Mürsəlzadə birlikdə həyata keçiriləcək proqramın, idarəçi rəhbərlərlə ünsiyyətin özünün fərdi inkişafına mühüm töhfə verəcəyini vurğulayıb, nazirə təşəkkürünü ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.