REGİONLAR
İqtisadiyyat naziri və müavinləri vətəndaşları qəbul edəcəklər
Bakı, 20 iyun, AZƏRTAC
İqtisadiyyat naziri Şahin Mustafayev iyunun 21-də saat 11:00-dan etibarən Ağcabədidə (ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, 213A, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının inzibati binası) Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin gün İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov saat 11:00-dan etibarən Ağdamda (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev Mərkəzi) Bərdə və Ağdam rayonlarından olan vətəndaşları, nazir müavini Sahib Məmmədov isə Tərtərdə (ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti, Gənclər Mərkəzinin binası) saat 11:00-dan başlayaraq Naftalan şəhəri və Tərtər rayonundan olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), nazirliyin 195-2 Çağrı mərkəzi, həmçinin Ağcabədidə keçiriləcək qəbul üçün nazirliyin Aran regional bölməsi (ünvan: Yevlax şəhəri, Bakı prospekti, 5, İnzibati bina, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: 022-337-82-81, mobil (055) 206 88 52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə, Ağdam və Tərtərdə keçiriləcək qəbul üçün nazirliyin Yuxarı Qarabağ regional bölməsi (ünvan: Horadiz şəhəri, Heydər Əliyev prospekti, 7, İnzibati bina, əlaqələndirici şəxs Aslan Aslanov, əlaqə telefonu: (026) 315 50 01, mobil (050) 235 01 06, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və “Facebook” vasitəsilə də qəbula yazıla bilərlər.