CƏMİYYƏT


İrakli Petriaşvili: AHİK Vətən müharibəsində və COVID-19 pandemiyası dövründə xalqın yanında oldu

İrakli Petriaşvili: AHİK Vətən müharibəsində və COVID-19 pandemiyası dövründə xalqın yanında oldu

Bakı, 7 fevral, AZƏRTAC

Çox mürəkkəb dövrdə yaşayırıq. Belə bir şəraitdə beynəlxalq səviyyədə uğurla təmsil olunan və 30 illik yubileyini qeyd edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) fəaliyyətində uğurlar arzulayıram.

AZƏRTAC xəbər verir ki, bunu Pan Avropa Regional Şurasının prezidenti, Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri İrakli Petriaşvili AHİK-in yaranmasının 30 illiyi münasibətilə fevralın 7-də keçirilən tədbirdə söyləyib.

Qonaq bildirib ki, AHİK Vətən müharibəsi və COVID-19 pandemiyası dövründə xalqın yanında oldu, öz dəstəyini əsirgəmədi.

İrakli Petriaşvili, həmçinin gürcü və Azərbaycan xalqlarının dostluğundan da danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.