DÜNYA


İran polisi bir tondan çox narkotik maddə müsadirə edib

Tehran, 14 avqust AZƏRTAC

İranın Sistan-Bəlucistan vilayətində polis narkotik qaçaqmalçılığına qarşı əməliyyat həyata keçirib. Əməliyyatın nəticəsi olaraq 1 ton 95 kiloqram narkotik vasitə müsadirə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı vilayətin polis rəisi, general Məhəmməd Qənbəri mətbuata açıqlamasında deyib. O bildirib ki, əməliyyat zamanı qaçaqmalçılar silahlı müqavimət göstəriblər. Polis ilə meydana çıxan silahlı toqquşmada 2 nəfər qaçaqmalçı məhv edilib, 2 nəfər isə həbs olunub. Onun sözlərinə görə, hazırda istintaq aparılır. General belə əməliyyatların davam etdiriləcəyini də diqqətə çatdırıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.