İQTİSADİYYAT


İran qonşu ölkələrlə tranzit yollarını genişləndirir

Tehran, 22 may, AZƏRTAC

Qonşu ölkələrlə tranzit yollarının genişləndirilməsi qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin artmasına səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Urmiya şəhərinə səfəri zamanı deyib. O bildirib ki, İranın Qərbi Azərbaycan vilayəti ilə Türkiyəni birləşdirən Mərənd-Bəzarqan avtomobil yolu yenidən qurulacaq və bunun üçün büdcədən lazımi vəsait ayrılıb. H.Ruhani İranda tranzit xarakterli bütün yolların yenidən qurulması işlərinin davam etdiyini bildirib.

Bu gün İranda Rəşt-Astara və Ərdəbil-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolları yenidən qurulur. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir və dəniz yolları ilə yanaşı, avtomobil yolları da mühüm əhəmiyyət kəsb edir. Bu yol, eyni zamanda, İran Astarası ilə Azərbaycan Astarasını da birləşdirir. İran hökuməti 2015-ci ildən Rəşt və Ərdəbil şəhərlərini Astara ilə birləşdirən yolların yenidən qurulmasına başlayıb. Qeyd etmək lazımdır ki, bu yollar İranın cənub bölgəsində yerləşən Gilan və Mazandaran vilayətlərini birləşdirir. Bu vilayətlərin böyük ixrac potensialı var. Hər il İran milyonlarla ton sitrus meyvələrini Azərbaycan üzərindən avtomobillərlə Rusiya, Ukrayna, Belarusa ixrac edir.

Astaranı Ərdəbil və Rəşt şəhərləri ilə birləşdirən yolların yenidən qurularaq genişləndirilməsi ixracın yalnız Gilan və Mazandaran vilayətlərindən deyil, İranın cənub vilayətlərindən də ixracı artıracaq. İranın cənub vilayətlərində inşaat və qida məhsulları ixracı potensialı böyükdür. Bütün bu ixrac isə Azərbaycan üzərindən həyata keçiriləcək və ölkəmizin tranzit imkanları və gəlirləri artacaq.

Azərbaycan isə bu istiqamətdə Ələt-Astara magistral yolunu müasir standartlara uyğun olaraq yenidən qurub.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.