DÜNYA


İrana məxsus tankerlər saxlanıla bilər

Tehran, 3 iyul, AZƏRTAC

ABŞ-ın Kolumbiya dairə məhkəməsi Venesuelaya benzin daşıyan İrana məxsus tankerlərə həbs qoyulması üçün sanksiya verib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın iqtisadi sanksiyalarına məruz qalan Venesuelada kəskin yanacaq qıtlığı yaranıb. İran cari ilin əvvəlindən bir neçə dəfə Venesuelaya benzin dolu tanker göndərib. Hazırda İranın bir neçə tankeri Venesuela sahillərinə doğru üzür.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Müsəvi bəyan edib ki, ABŞ məhkəməsinin qərarı beynəlxalq qanunlara ziddir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.