ELM VƏ TƏHSİL
İran vətəndaşı Bakıda dissertasiya işi müdafiə edib
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşlarının dissertasiya işləri uğurla yerinə yetirilib.
AZMİU-dan AZƏRTAC-a bildirilib ki, universitetin 4 əməkdaşı və 1 nəfər İran İslam Respublikasının vətəndaşı bu günlərdə sahə iqtisadiyyatı ixtisası üzrə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib. Onların işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən təsdiq olunub. Tədqiqat işləri AzMİU-nun xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədovun rəhbərliyi altında aparılıb.
Universitetin tikinti-iqtisad fakültəsinin baş müəllimləri Arif Binnətov, Fidan Məmmədova, Bəşər Şirinov, Kəmalə Məmmədova və İran vətəndaşı Parham Hosseinə Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.