DÜNYA


İranda baş verən təbii fəlakət Şiraz şəhərinə böyük ziyan vurub

Tehran, 25 mart AZƏRTAC.

İranın cənub-qərbində yerləşən Fars vilayətinin Şiraz şəhərində güclü sel nəticəsində 20 nəfər ölüb, təqribən 40 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində yaranan sel Şirazın tarixi “Dərvazeye Qoran” məntəqəsində baş verib və iki yüz avtomobili sıradan çıxarıb.

Məlumatlara görə, hadisədən zərərçəkənlərin əksər hissəsi Novruz bayramı ilə əlaqədar şəhərə qonaq gələnlər olub. İranın tarixi bazarlarından olan Şirazın “Bazare vəkil” məntəqəsinin bir çox hissəni su basıb.

İranın qərbində yerləşən Lorestan vilayətində də çayların tüğyan etməsi və səkiləri su bürüməsi əhalinin gediş-gəlişində problemlər yaradıb. Lorestan valiliyi bu vilayətin bəzi məntəqələrinin infrastrukturlarına böyük xəsarətlərin dəydiyini deyib.

İranın şimal-şərqində yerləşən Gülüstan vilayətində də yeddi gün yağan yağış nəticəsində Ağ Qala şəhərinə ciddi ziyan dəyib. Şəhərin infrastrukturu sıradan çıxıb. İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli fəlakətin baş verdiyi regionlarda olub. O bəyan edib ki, hökumət infrastrukturu bərpa etmək üçün lazımi qədər maliyyə vəsaiti ayıracaq və dəymiş ziyan aradan qaldırılacaq.

İranın hidrometeorologiya təşkilatı bildirib ki, Xuzistan, Buşehr, İlam, Fars, Kermanşah, Kürdüstan, Lorestan, Çaharmahal, Bəxtiyari və İsfahan vilayətlərində daşqının baş verməsi ehtimalı var.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.