DÜNYA


İranda baş verən təbii fəlakət ağır fəsadlar törədib

Tehran, 30 iyul, AZƏRTAC

İranda baş verən təbii fəlakət nəticəsində ümumilikdə 32 nəfər həlak olub, 25 nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb. Qeyd etmək lazımdır ki, aramsız yağan yağışlar nəticəsində baş verən sel İranın İsfahan, Mərkəzi, Fars, Mazandaran, Gilan, Tehran vilayətlərində ağır fəsadlar törədib. Adı çəkilən vilayətlərə böyük maddi ziyan dəyib. Hazırda dövlət komissiyası dəyən ziyanın həcmini müəyyən edir. Tehran şəhərinin cənub rayonlarında baş verən sel nəticəsində 22 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb.

Sel suyunun həcmi o qədər böyük olub ki, qarşısına çıxan binaları, körpüləri dağıdıb. Yolların dağılması səbəbindən bir sıra kəndlərlə əlaqə kəsilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.