CƏMİYYƏT


İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub

İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da Naxçıvan seysmoloji stansiyasından 131 kilometr cənub-qərbdə - İran ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 15:47-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 5.6-ya bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-5 bala qədər hiss olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.