DÜNYA


İranda əhalinin 85 faizinin peyvəndlənməsi koronavirusun yayılmasının və ölüm hallarının azalmasının əsas səbəbidir

Tehran, 20 noyabr, AZƏRTAC

İranda əhalinin 85 faizinin peyvəndlənməsi koronavirusun yayılmasının və ölüm hallarının azalmasının əsas səbəbidir.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Nəzərə çatdırılır ki, bu günə kimi 100 milyon doza peyvənd istifadə olunub.

Nazirliyin açıqlamasında o da vurğulanıb ki, son 24 saat ərzində ölkə ərazisində 3 min 539 nəfər koronavirusa yoluxub, 118 nəfər isə bu xəstəlikdən ölüb. Halbuki, ötən ay gündəlik yoluxanların sayı 6 mindən, ölənlərin sayı isə 200-dən çox olurdu.

Hazırda İranda virusa yoluxanların ümumi sayı 6 milyon 73 min 98 nəfərə. Ölənlərin ümumi sayı isə 128 min 852-ə çatıb. Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 3 min 416 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 5 milyon 771 min 363 xəstə sağalaraq evə buraxılıb.

Nəzərə çatdıraq ki, 22 aydan sonra bu gün ilk dəfə olaraq futbol azarkeşləri stadiona buraxılıb. Koronavirusa qarşı mübarizə qərargahı Tehranın “Azadi” stadionunda keçiriləcək “Mazandaran” və “İstiqlal” komandalarının oyununu seyr etmək üçün icazə verib.

Qurumun qərarına əsasən idman oyunlarını seyr etmək qadağası aradan qaldırılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.