DÜNYA
İranda koronavirusdan sutka ərzində 200 nəfər ölüb
Tehran, 7 iyul, AZƏRTAC
İranda son 24 saat ərzində 2637 nəfərin koronavirusa yoluxması aşkar edilib, 200 nəfər isə həyatını itirib.
AZƏRTAC İranın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da ümumilikdə yoluxanların sayı 245 min 688-ə, ölənlərin sayı isə 11 min 931-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alaraq sağalan 207 min nəfər evə buraxılıb. Müalicəsi davam edən 3 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.
Xəstəliyin geniş yayılması və ölüm hallarının artması Tehranda və digər böyük şəhərlərdə karantin rejiminin sərtləşməsini zərurətə çevirib. İranın koronavirusla mübarizə mərkəzi tibbi maskadan istifadəni məcburi edib. Tibbi maskadan istifadə etməyənlər ictimai nəqliyyata, ticarət mərkəzlərinə, aptek və xəstəxanalara buraxılmır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]