MƏDƏNİYYƏT


İranın turizm firmaları ölkəmizə səfərlər təşkil etmək üçün rəqabət aparır VİDEO

Tehran, 7 fevral, AZƏRTAC

Novruz bayramı ərəfəsində İran vətəndaşlarının ölkəmizə səfərlərini təşkil etmək üçün bu ölkədəki turist firmaları rəqabət aparmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, Tehranda fəaliyyət göstərən “Tours. select” və “Offer.select” portallarının ınstagram platformalarında Azərbaycan haqqında videoçarx yerləşdirilib. Videoçarxlarda Bakı və Azərbaycanın turizm məkanları əks olunub. Çoxsaylı izləyicisi olan platformalarda yerləşdirilən videoçarxlar böyük marağa səbəb olub.

Qısa zaman ərzində “Tours. select”in ınstagram platformasında videoçarxı 72 min, “Offer.select”in ınstagram platformasında isə 45 min insan izləyib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.