DÜNYA


İranla Rusiyanın daxili işlər orqanları əməkdaşlıq edəcək

Tehran 12 aprel, AZƏRTAC

Aprelin 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

Diplomat deyib ki, səfər zamanı Sergey Lavrov İranın rəsmi şəxsləri ilə görüşəcək. Görüşlərdə regionda baş verən siyasi proseslər, Əfqanıstan, Suriya və Yəməndəki vəziyyət müzakirə ediləcək. Səfər çərçivəsində İranla Rusiya arasında iki sənədin də imzalanması gözlənilir.

Diplomatın sözlərinə görə, imzalanan sənədlərdən biri mədəniyyət sahəsində əməkdaşlığı, digəri isə ölkələrin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq əlaqələrini əhatə edəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.