DÜNYA
İrkutskda zəhərlənmədən ölənlərin sayı 48 nəfərə çatıb [YENİLƏNİB] VİDEO
Bakı, 19 dekabr, AZƏRTAC
Rusiyanın İrkutsk vilayətində “Боярышник” lasyonundan kütləvi zəhərlənmə nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb. Bu barədə İrkutsk şəhərinin Leninski rayonunun prokuroru Stanislav Zubovski məlumat verib. Zəhərlənmiş 57 nəfərdən 48-nin öldüyünü deyən prokuror digərlərinin vəziyyətinin ağır olduğunu bildirib.
13:55
Moskva, 19 dekabr, AZƏRTAC
Rusiyanın İrkutsk vilayətində spirtli yemişan içkisindən kütləvi zəhərlənmə nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb. Ağır vəziyyətdə olan daha 30 nəfər xəstəxanalarda müalicə alır.
11:00
Rusiyanın İrkutsk vilayətində spirtli yemişan içkisindən kütləvi zəhərlənmə nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. Ağır vəziyyətdə olan daha 20 nəfər xəstəxanalarda müalicə alır.
İrkutsk vilayət prokurorluğunun məlumatına görə, saxta yemişan içkisindən zəhərlənənlər əsasən 35-50 yaşlarında kişi və qadınlardır. Zəhərlənənlərin hamısı Lenin rayonunun sakinləridir. Hazırda saxta məhsulu satan iki obyekt aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva