İDMAN
İrlandiyalı jurnalist: Azərbaycan irimiqyaslı idman tədbirlərinə ev sahibliyi edən əsas ölkələrdən biridir
Bakı, 13 may, AZƏRTAC
Avroliqanın final oyununun məhz Bakıda keçirilməsi təəccüblü deyil. Çünki Bakı 2015-ci ildə birinci Avropa Oyunlarını təşkil edib, Formula 1 Qran-Prisinin ev sahibidir.
Bu sözləri “Irish Daily Star” qəzetinin idman üzrə aparıcı yazarı Kiran Kaninqham özünün “Twitter” səhifəsində qeyd edib.
İrlandiyalı jurnalist bildirib ki, bundan əlavə Bakı 2020-ci ildə keçiriləcək Avropa çempionatının dörddəbir final mərhələsi olmaqla, ümumilikdə dörd oyuna da ev sahibliyi edəcək.
“Azərbaycan irimiqyaslı idman tədbirlərinə ev sahibliyi edən əsas ölkələrdən biridir”, - deyə K.Kaninqham fikrini tamamlayıb.
Qeyd edək ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin “Arsenal” və “Çelsi” klubları arasında baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [19:39]
Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb
- 10.05.2024 [19:11]
İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu
- 10.05.2024 [18:32]
Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim
- 10.05.2024 [18:21]
İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
- 10.05.2024 [18:14]
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
- 10.05.2024 [17:57]
“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub
- 10.05.2024 [17:17]